AZ

İrəvan yalançı, "avropalı müşahidəçilər" saxtakar: sülh müqaviləsi risk altında...

Şərti dövlət sərhədində sürəkli olaraq təxribatlar törədən,mövqelərimizi atəşə tutan Ermənistan baş verənləri inadla vəisrarla təkzib edir.

Azərbaycanın Müdafiə Nazirliyi mayın 1-də Ermənistan silahlıqüvvələrinin atəşkəsi pozması ilə bağlı məlumat yaydı. Bildirildiki, Kəlbəcər istiqamətindəki Azərbaycan mövqeləri atəşətutulub.

İrəvan dərhal bu iddianı təkzib etdi. Ermənistan TəhlükəsizlikŞurasının katibi Armen Qriqoryan bildirdi ki, "erməni tərəfininapardığı araşdırma atəşkəsin pozulmasına dair heç bir faktaşkarlamayıb" və "məlumat diplomatik kanallarla Bakıya təqdimolunub".

Bundan əlavə, Ermənistan qarşılıqlı iddialar irəli sürdü,Azərbaycanı "hərbi insidentlərdə" ittiham etdi və oxşararaşdırmanın aparılmasını tələb etdi.

Fəqət rəsmi İrəvanın təqdim etdiyi "araşdırma" obyektivtəhlildən daha çox daxili sənədləşmə və bəraət ssenarisidir. Beləbəsit versiyanın arxasında nə ictimaiyyətə, nə də müstəqilmüşahidəçilərə açıq sübutlar yoxdur.

Heç bir video, foto və ya yer xəritəsi təqdim olunmayıb.Araşdırmanın hansı hissə, struktur və zabitlər tərəfindənaparıldığı məlum deyil.

Üçüncü tərəflər və beynəlxalq müşahidəçilər bu prosesə cəlbedilməyib. Belə "araşdırma" şəffaflıq mexanizmi deyil, Ermənistanınözünü yoxlayıb "təbii olaraq" günahsız çıxardığı diplomatik müdafiəvasitəsidir. Bakı hələlik qarşı tərəfin təqdim etdiyi materiallararəsmi reaksiya verməyib.

Azərbaycanın Müdafiə Nazirliyi oxşar insidentlər barədə əvvəllərdəfələrlə məlumat verib və Ermənistan hərbi hissələrinin "lokaltəxribat" taktikasından sistemli şəkildə istifadə etdiyinivurğulayıb.

Əsas məqam budur: Azərbaycan bu kimi hallara hərbi yolla cavabvermir - bu, bölgədəki kövrək sabitliyi pozmaq cəhdlərinə qarşıstrateji təmkinin nümayişidir. Avropa İttifaqının Ermənistandakımüşahidə missiyası (EUMA) isə insidentlə bağlı "qeyri-adi hadisə"müşahidə etmədiyini açıqlayıb. Amma bu bəyanat formal xarakterdaşıyır. Çünki missiyanın mandatı yalnız Ermənistan ərazisinə şamilolunur, texniki nəzarət vasitələri (PUA, radar və s.) yoxdur vəAzərbaycan sərhədinə çıxışı tamamilə istisna edilib.

Bu səbəbdən missiyanın bəyanatları faktları inkar etmir, sadəcəonların müşahidə olunmadığını bildirir və belə formatda bununhüquqi və sübutedici çəkisi yoxdur. 2024-cü ildən etibarənErmənistan özünəməxsus davranış modelini tətbiq edir: birinci -dərhal inkar, ikinci - nəticəsi əvvəlcədən bəlli olan daxili"araşdırma", üçüncü - qarşı tərəfə eyni ittihamı yönəltmək vəbununla qarşılıqlı pozuntu illüziyası yaratmaq, dördüncü - Avropaİttifaqı və xüsusilə Fransa kimi xarici kanalları səfərbər etməkləAzərbaycanın diplomatik fəallığını neytrallaşdırmaq.

May insidenti də məhz bu ssenarinin tərkib hissəsidir. Məqsədsülh mühitini sabotaj etmək, qeyri-müəyyənliyi qoruyub saxlamaq,etimadı sarsıtmaq və təcavüzkarla qurban rollarını dəyişməkdir.

Rəsmi İrəvan bu yolla sülh sazişini imzalamaq üzrə beynəlxalqtəzyiqlərdən yayınmağa, sərhədlərin delimitasiyasını "stabilolmayan vəziyyət" arqumenti ilə təxirə salmağa, eyni zamanda,pozucu fəaliyyət göstərsə belə, özünü "konstruktiv tərəf" kimitəqdim etməyə çalışır. Belə taktika daxili auditoriyanı damanipulyasiya etmək üçündür - "mühasirəyə alınmış qaladayıq" obrazıilə seçicini qoruyub saxlamaq və bütün uğursuzluqları "xaricidüşmənin" üzərinə atmaq.

Ən təhlükəlisi isə odur ki, bir çox beynəlxalq aktorlar buoyunları səssiz şəkildə dəstəkləyir. Faktiki olaraq, bölgədəkigərginliyin bütün yükü Azərbaycanın üzərinə yüklənir, amma reallıqanaliz olunmur, obyektiv araşdırma aparılmır. Bu, əsasən, aşağıdakıməqsədlərə xidmət edir: Ermənistanın Aİ, xüsusilə Fransanın təsirdairəsində saxlanılması, Zəngəzur dəhlizi kimi transregionalinfrastruktur təşəbbüslərinin qarşısının alınması, və nəhayət,enerji, nəqliyyat və siyasi sabitlik üzərində qurulan Azərbaycanınregional liderliyinin zəiflədilməsi. Hərbi insidentlərin özlüyündəzərərsiz görünməsi təəssürat yaratmasın - bu hadisələr danışıqlarmasasındakı minalardır.

Əgər bu cür diplomatik yalanlar, saxta araşdırmalar və ikiüzlübəyanatlar normaya çevrilərsə, bu, tərəflər arasında etimadı dahada sarsıdacaq, vasitəçilərin fəaliyyətini çətinləşdirəcək və realpostmünaqişə normallaşmasına keçidi qeyri-mümkün edəcək.

May insidenti sadəcə sərhəddə atəşkəsin pozulması ilə bağlımübahisə deyil. Bu, daha dərin bir problemin əlamətidir: Ermənistanməsuliyyətdən yayınmaq və xarici himayədarların dəstəyi ilədiplomatik ikiüzlülük siyasətini davam etdirmək yolunu tutub.Azərbaycan isə strateji təmkin nümayiş etdirir.

Ancaq bölgə sonsuzadək elə bir vəziyyətdə qala bilməz ki, birtərəf pozuntu törədir, digər tərəf isə sülh prosesini pozmamaq üçünsusur. Sülh dürüstlük tələb edir. May hadisəsi göstərdi ki, budürüstlük İrəvanın hərəkətlərində yoxdur. İlk baxışdan Ermənistanındavranışı xaotik və situativ reaksiya kimi görünə bilər.

Diqqətlə araşdırdıqda aydın olur: qarşımızda sistemli şəkildəqurulmuş bir strategiya dayanır.

Bu strategiya üç dayağa əsaslanır.

Birincisi - yekun sülhdən yayınmaq. Hazırkıerməni elitası üçün Azərbaycanla sülh imzalamaq siyasi intihardır.2025-ci ildə sülh sazişinə imza atmaq, xüsusilə Qarabağdaseparatizmin tamamilə ləğvindən sonra, Ermənistanın 30 illikmünaqişədə hüquqi və mənəvi məğlubiyyətini rəsmiləşdirmək deməkdir.Paşinyan və komandası isə bu imzanı atmaq istəmir. Məhz buna görətəxribatlar, saxta "araşdırmalar", "bərabər məsuliyyət" bəyanatlarıvə beynəlxalq platformalarda alver cəhdləri davam edir.

İkincisi - xarici dəstək. Fransa, Avropaİttifaqının bəzi qurumları və ABŞ-dakı qeyri-hökuməttəşkilatlarının bir hissəsi bölgədə gərginliyin qalmasındabilavasitə maraqlıdır. Bu, özünü göstərir: Fransanın Ermənistanlahərbi əməkdaşlığı (hava hücumundan müdafiə sistemləri, ermənihərbçilərin təlimi), Ermənistanın Avropa strukturlarında mediaya vədiplomatik dəstəyə sahib olması, Ermənistanla Azərbaycan arasındatam normallaşmanı tələb edən balanslaşdırılmış qətnamələrinqəbulunun qarşısının alınması.

Üçüncüsü - Ermənistanın daxili siyasisabitliyinin olmaması. Cəmiyyətdəki dərin sosial parçalanma vəmüxalifətin təzyiqi fonunda Paşinyan hakimiyyəti yalnız xaricitəhlükə obrazı yaradaraq iqtidarda qalmağa çalışır. Strategiyasadədir: Azərbaycanla gərginlik nə qədər uzun sürsə, hökumət bir oqədər uzun müddət "milli həmrəylik" çağırışlarına sığınaraqiqtisadi böhran, demoqrafik geriləmə və siyasi təcrid üçünməsuliyyətdən yayınacaq.

Bəhs etdiyimiz siyasətin dağıdıcı nəticələri isəçoxqatlıdır.

Birincisi, dialoqun iflası: inkar oyunutərəflər arasında qalan son etimadı da dağıdır. Pozuntularısistemli şəkildə inkar edən tərəflə şəffaf danışıqlar aparmaqmümkün deyil. Xüsusilə 2025-ci ilin əvvəlindən Brüssel–Vaşinqtonformatının faktiki dondurulduğu şəraitdə.

İkincisi, təhlükəsizliyə təhdid: ölüm halıolmasa belə, vaxtaşırı silahlı insidentlər istənilməyən eskalasiyariskini artırır. Hərbi büdcələrin artdığı, qarşılıqlımilitarizasiya getdiyi bir zamanda atılan istənilən gülləgenişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Stokholm SülhTədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildəErmənistanın hərbi büdcəsi 41%, Azərbaycanınki isə 18% artıb - buisə sərhədlərdə artan gərginliyin əlamətidir.

Üçüncüsü, regional layihələrə təhlükə: hər birtəxribat - nəqliyyat və enerji təşəbbüslərinə zərbədir. Qlobalinvestorlar sabitliyi müşahidə edir. Cənubi Qafqaz Şərq–Qərb vəŞimal–Cənub dəhlizləri üçün mühüm mərkəzdir. Uzunmüddətliqeyri-sabitlik ssenarisi yalnız Azərbaycanın tranzit potensialınıdondurmaq istəyən aktorların - məsələn, İranın və Rusiyadakı bəzielitaların maraqlarına xidmət edir. Azərbaycan isə 2023-cü ilinpayızından etibarən yekun sülhə sadiqliyini ardıcıl şəkildə nümayişetdirir.

Bu, özünü göstərir: sərhədlərin qarşılıqlı tanınması prinsipinəəsaslanan ikitərəfli müqavilə imzalamağa hazırlıq, sərhədindelimitasiyası və demarkasiyası üçün davamlı çağırışlar, MüdafiəNazirliyinin qeydə aldığı kiçik və orta təxribatlara təmkinlicavab. Lakin Bakının hər bir irəliləyiş addımı Ermənistanın və bəziQərb qurumlarının koordinasiyalı kampaniyası ilə qarşılanır. Bukampaniyanın məqsədləri aydındır: Zəngəzur dəhlizini bloklamaq,Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk DövlətləriTəşkilatı və OPEC+ daxilindəki rolunu zəiflətmək və Azərbaycanı"regional təhlükə mənbəyi" kimi təqdim etmək.

Ssenarilərin inkişafı bir neçə istiqamətdə mümkündür.

Ən nikbin ssenariyə görə, vasitəçilərin - ilk növbədə Türkiyə vəABŞ-nin - artan təzyiqi nəticəsində tərəflər praktik dialoqaqayıdır, atəşkəs pozuntularının monitorinqi üçün birgə mexanizmyaradılır və 2025-ci ilin payızında sərhədlərlə bağlı sazişimzalanır.

Realist ssenaridə isə 2026-cı ildə Ermənistanda keçiriləcəkparlament seçkilərinə qədər aşağı intensivlikli konfrontasiyaqorunub saxlanılır. İrəvan danışıqları uzadır, amma açıqtəxribatlardan yayınır. Sülh sazişi təxirə salınır, lakin münaqişəyenidən genişmiqyaslı müharibəyə çevrilmir.

Bədbin ssenari isə Ermənistanın Fransa ilə hərbi əməkdaşlığıdaha da gücləndirməsini, Aİ-nin Bakıya siyasi təzyiqləriartırmasını və yeni silahlı insidentin baş verməsini ehtiva edir.Bu halda danışıqlar tamamilə pozulur, BMT və ATƏT səviyyəsindədiplomatik eskalasiya başlayır. Nəticə etibarilə, 2025-ci ildəartıq heç kim “qarşılıqlı pozuntular”, “texniki anlaşılmazlıqlar”və “sərhəddəki səhvlər” barədə boş sözlərlə aldanmamalıdır.

Gerçəklik budur: Ermənistanın məqsədli strategiyası var -danışıqları uzatmaq, reallığı təhrif etmək, yalançı araşdırmalarlasimulyasiya yaratmaq. Azərbaycan başqasının yalanının girovunaçevrilə bilməz.

Davamlı sülh yalnız dürüstlük, məsuliyyət və açıq həqiqətintanınması ilə mümkündür.

Atəşkəs - oyuncaq deyil. Onun pozulması, xüsusilə də inkaredilməsi, beynəlxalq məsələ səviyyəsinə qaldırılmalı, sərt reaksiyailə müşayiət olunmalı, yalan danışan tərəf danışıqlardanuzaqlaşdırılmalıdır.

Əks halda, bu təxribatların təkrarlanacağını görəcəyik. Tək-tükyox. Dəfələrlə. Növbəti böyük müharibəyə qədər.

Seçilən
0
2
az.trend.az

3Mənbələr