AZ

Yunanıstanda 6 uşu medalı

Azərbaycan idmançıları Yunanıstanın Heraklion şəhərində keçirilən ənənəvi uşu üzrə 8-ci Avropa çempionatında yüksək nəticələr əldə ediblər.

Yeniyetmələrin yarışında Tunar Rüstəmzadə (42 kq) və Azad Hümbətov (52 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ilk pilləsinə qalxıblar.

Gənclərin mübarizəsində Xəyal İbrahimov (52 kq) qızıl, Tunar Kərimli (75 kq) gümüş, Mirhəsən İsmayılzadə (60 kq) isə bürünc medal qazanıblar.

Böyüklər arasında isə Yusif Azadi (52 kq) gümüş mükafata sahib çıxıb.

L.AZAD
XQ

 

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr