AZ

Səfirlik Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirib

Azərbaycanın ABŞ-dəki səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirib. SİA xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkələrdəki səhifəsində paylaşım edilib.

"Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli şəkildə qeyd edirik. Onun uzaqgörən rəhbərliyi və siyasi müdrikliyi müasir Azərbaycanın təməlini qoyub. Onun irsi ölkəmizin gələcək inkişafı üçün istiqamətverici qüvvə olaraq qalır", - məlumatda bildirilib.

Seçilən
0
2
sia.az

3Mənbələr