Ulu öndər Heydər Əliyevin arzusu rəssam olmaqmış.
Bunu məşhur heykəltaraş Ömər Eldarov jurnalistlərlə açıqlamasında deyib.
Heydər Əliyevin heykəlini hazırlayan heykəltaraş bildirib ki, bu iş çətin yaradıcılıq hesabına başa gəlib:
"Çox xoşbəxtəm ki, Heydər Əliyevə yaxın olmuşam və heykəlinin müəllifiyəm. Ulu öndər vaxtilə rəssam olmaq istəyib. İki il bu yöndə təhsil alsa da sonradan əsgərliyə gedib, arzusu yarımçıq qalıb".