Sadıq Qarayev Prezidentə və ictimaiyyətə müraciət etdi
Adamlar var ki, 70-80 yaşları var vəzifədədirlər, ya da titullarına görə yüksək maaşlar, pensiyalar alıb kef edirlər. Niyə? Keçmiş xidmətlərinə görə.
Bir insan götürək, məsələn Məmməd, ona 10, 20, 50, 80 yaşlarında baxaq. Əsil Məmməd onların hansıdır? Təbii ki, bütün yaşlardıkların cəminin ortaq məxrəci. Həqiqət də təzadların ortaq məxrəcidir. Və onu da biz görə bilmirik...
Tofiq Yaqublu- Qarabağda döyüşən, müxalif tərəfdə duran, hakimiyyəti, Prezidenti tənqid edən və bu gün 39 gündür həbsinə etiraz edərək aclıq edən.
Hansıdır Tofiq Yaqublu?
Bu aclığa baxışlar:
Ziyalılar:
Çoxunun səsi və üzü ekrandan gedib. Yəni sönüblər.
Hakimiyyət düşərgəsində olanlar:
Elə hesab edirlər ki, onun azadlığından danışsalar tərəfini tutmuş sayılırlar. Yoxa çıxıblar.
Müxalif düşərgə:
Guya narahatdırlar. Və elə zənn edirlər ki, o aclıqdan ölsə camaat qalxacaq ayağa, hakimiyyət dəyişəcək.
Hüquq mühafizə orqanları:
Öz işlərini görürlər. Qanunda isə aclıq edən məhbusu azad etmək yoxdur.
Və bu pis nümunə də olar.
Tofiq Yaqublu konkret niyə həbs edilib ayrı məsələdi. Siyasi mövqeyi, danışdıqlarının doğru,səhv olması bu da ayrı söhbətdir.
Onun siyasi təhlükə olmaq ehtimalı da çox azdır.
Amma fakt budur ki, adam 39 gündür aclıq edir.
O ölsə siyasi mənada heç nə dəyişməyəcək. 5-10 gün sosial şəbəkələrdə gündəm olacaq, qlobal informasiya selinə qarışıb gedəcək, unudulacaq.
Amma Tofiq Yaqublu bir azərbaycanlıdır, qazidir, vətəndaşdır.
Onun aclığını fokuslaşdırıblar:
Dayandırsa iradəsi sındırılacaq.
Azad edilsə o deyən olacaq. O , düşərgəsi qələbə çalacaq. İlham Əliyevi fikirindən döndərəcəklər.
Nə qədər primitiv, mənasız yanaşmadır. Bunu formalaşdıranlar isə nə Tofiqi, nə də milli maraqları fikirləşmirlər. Onun aclığı, ölümü üstə guya qələbə dağına çıxmaq istəiyrlər.
Azərbaycançılıq naminə:
Ziyalılar, ekrana gəlin. Səsiniz üzünüz görsənsin
Yaqublunun dostları, düşərgəsi, onu mərdanə çox istəyirsinizsə,Prezidentə müraciət edin, üzüyünüzün qaşı düşməz. Axı o sizin də müzəffər Ali Baş Komandanınızdır.
Cənab Prezident, bu mürciətlər olmasa belə, Tofiq Yaqublunu- Qarabağda döyüşən əsgərin azad edilməsinə göstəriş verin.
Nəyi nə vaxf edəcəyinizi Siz bilirsiz.
Onun qaziliyini və iradəsini nəzərə alın.
Axı XXI əsrdə dünyanın super gücləri, hərbi- siyasi-iqdisadi nəhəngləri önündə Azərbaycan naminə qətiyyət və iradə göstərməkdə Siz yeganə lidersiz, Ali Baş Komandansız. Siz təzadların ortaq məxrəcini- həqiqəti görə bilən zəka sahibisiniz. Və həqiqətdə bu günün və zamanlarınböyük azərbaycanlısısınız.
Azərbaycançılıq isə hər şeyin fövqündədir.
Sadıq Qarayev.
Yazıçı.