AZ

Arteta: “Liverpul” buna layiqdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Liverpul”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis rəqibləri üçün çempionluq dəhlizi yaradacaqlarını deyib:

“Liverpul”u alqışlayacağıq. Onlar buna layiqdirlər. Bu mövsümün ən yaxşı komandası onlardır. Kimsə sizdən üstündürsə, buna hörmət etməlisiniz”.

“Liverpul” Premyer Liqada çempionluğu təmin edib. “Arsenal” isə ikinci sıradadır.

“Liverpul” – “Arsenal” oyunu mayın 11-də olacaq.

Seçilən
0
futbolpress.az

1Mənbələr