Bu gün Misli Premyer Liqasının XXXIV turu çərçivəsində Tovuzda maraqlı qarşılaşma baş tutacaq.

Offsideplus.az xəbər verir ki, yerli "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək.

Bürünc medallar uğrunda yarışan tovuzlular məqsədlərinə çatmaq üçün mütləq qələbə qazanmalıdırlar. Əks təqdirdə, 3-cü yerdə gedən "Araz-Naxçıvan"la aradakı 6 xalı son 2 turda götürmək müşkülə çevriləcək.

Maraqlıdır ki, "Neftçi" və "Turan Tovuz"un bumövsümkü bütün "duel"ləri heç-heçə nəticələnib (0:0; 1:1; 1:1).

10 may

"Turan Tovuz” – “Neftçi”

Tovuz şəhər stadionu. Saat 19:30

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva