AZ

Ömər Eldarov: Ümumilli Lider Heydər Əliyev rəssam olmaq istəyib

Ümumilli Lider Heydər Əliyev rəssam olmaq istəyib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov jurnalistlərə açıqlamasında deyib.

O, Ulu Öndərin heykəlinin müəllifi olduğunu xatırladaraq Heydər Əliyev ilə yaxın olduğunu bildirib:

"O mənə deyirdi ki, rəssam olmaq istəyib. Lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmayıb. Ona görə də başqa sahə üzrə oxuyub, sonra hərbi xidmətə yola düşüb. Onun heykəlinin hazırlanması üçün bir il çalışmışam".

Seçilən
0
9
report.az

10Mənbələr