AZ

“Səbail” üçün həlledici gün

“Səbail” Azərbaycan Premyer Liqasında bu gün həlledici oyuna çıxacaq.

Futbolpress.az-ın məlumatına görə, “dənizçilər” azarkeşləri önündə “Zirə”ni qəbul edəcək. Bayıl klubunun bu matçda məğlub olacağı halda, sona iki tur qalmış elitanı tərk etməsi dəqiqləşəcək.

Hazırda 22 xalla sonuncu sırada olan “Səbail” 9-cu pillədəki “Kəpəz”dən 7 xal geridədir.

“Səbail” bu mövsüm “Zirə”yə qarşı üç oyun keçirib və hər birini uduzub. Komanda bu matçlarda 6 qol buraxıb, 1-ni vurub.

Seçilən
0
futbolpress.az

1Mənbələr