AZ

Pandemiya bitib, COVID-19-un ciddi fəsadları isə davam edir

2019-cu ilin sonunda hər kəs kütləvi şəkildə yayılan anlaşılmaz və dəhşətli COVID-19 xəstəliyi ilə üzləşdi. "Aksona" psixi sağlamlıq klinikasının aparıcı psixiatrı Anna İvaşkina "Gazeta"ya açıqlamasında bildirib ki, məlum vəziyyət bir çox sahələrdə hər bir insanın həyatına ciddi təsir edib.

"Pandemiyanın lap əvvəlində xeyli sayda insan naməlum qorxulu xəstəlik, öldürücü infeksiyaya yoluxmaq və ölüm qorxusu səbəbindən ciddi stress keçirdi. Bu dövrdə bir çoxlarının vəziyyəti kəskin artan narahatlıq, gərginlik, tez-tez əhval dəyişikliyi və yuxu pozğunluğundan ibarət olan stres kimi qiymətləndirilirdi",-o qeyd edib.

Eyni zamanda sosial əlaqələr pozuldu - adi fəaliyyətlərdən və sosial dairələrdən kəskin təcridolmalar baş verdi, uzaqdan işləmək kimi yeni metodlar meydana çıxdı və işsizlik artdı. Bütün bunlar da gələcəkdə yaranacaq qeyri-sabitliyi artırdı, psixoloji və psixi vəziyyəti pisləşdirdi. "Ailələrdə münaqişələr yaranır. Hətta bəzi insanlar düşdükləri bu vəziyyəti yüngülləşdirmək üçün müxtəlif maddələrdən istifadə etməyə başladılar. Bir psixiatr kimi qeyd etmək istərdim ki, spirtli içkilərin və psixoaktiv maddələrin istifadəsi ixtisaslaşdırılmış klinikalarda xəstələrin sayının artması ilə nəticələnib. Qeyri-sabit psixi sağlamlığı olan insanlarda psixiatrik yardıma ehtiyac duyan intihar davranışlar artıb. Narahatlıq yaradan detallara tez reaksiya verən insanlarda infeksiyalar və “hər yerdə” çirklənmə ilə bağlı obsesif düşüncələrdə özünü göstərən obsesif-kompulsiv pozğunluqlara daha çox rast gəlinir. Bu onlarda daim maska ​​taxmaq, əlləri dəfələrlə yumaq, dezinfeksiya etmək və həm yaşadığı ərazilərin, həm də bədənlərinin təmizliyinə həddindən artıq diqqət göstərmək kimi hərəkətlər, dermatitə səbəb olur".

Tural

Seçilən
0
news365.az

1Mənbələr