AZ

Həyat yoldaşı Messidən ayrılacaq - Başqa qadınla münasibətdədir

BAKI, 10 may. TELEQRAF

Məşhur astroloq Meni Vidente ABŞ-nin “İnter Mayami" klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokutso ilə tezliklə ayrılacaqlarını deyib.

Teleqraf xəbər verir ki, bu barədə kubalı astroloq "La Repubblica" nəşrinə müsahibəsində bildirib.

O, mənbəyə Messinin başqa qadınla münasibətdə olduğunu, Rokutsonun isə tezliklə başqa kişi ilə münasibət quracağını iddia edir.

Antonelanın vəziyyətini təsvir edən Vidente bunları deyir: “O, daha Messiyə dözə bilmir”.

Meni Vidente dəqiq təxminlərinə görə ölkəsində yüksək nüfuza malikdir.

Xatırladaq ki, cütlük uşaqlıq illərindən birlikdədir. Onların üç uşağı var.

Seçilən
0
teleqraf.com

1Mənbələr