AZ

“Atletiko” ukraynalı qapıçısıya maraq göstərir

BAKI, 10 may. TELEQRAF

“Atletiko” klubu “Real Madrid”in qapıçısı Andrey Lunini heyətinə cəlb etməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.

Məlumata görə, Dieqo Simeonenin komandası yeni qapıçı almaq niyyətindədir. “Atletiko” Luninlə yanaşı “Espanyol”ın qolkiperi Joan Qarsiyaya maraq göstərir.

26 yaşlı ukraynalı qapıçının “Real”la müqaviləsi 2030-cu ilə qədərdir. Lakin futbolçunun şifahi razılığı var ki, yaxşı təklif gələrsə, klubu tərk edə bilər.

24 yaşlı Qarsiyanın müqaviləsində 25 milyon avro qarşlığında sərbəst qalma maddəsi var. “Atletiko”nun həmin məbləği xərcləməyə hazır olduğu bildirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr