AZ

Təkcə raket üçün 742,1 milyon dollarlıq müqavilə bağladılar

Pentaqon “Lockheed Martin” şirkəti ilə HIMARS reaktiv raket sisteminin istehsalı üçün yeni müqavilə imzalayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Qrand-Preridən olan "Lockheed Martin Corporation" High Mobility Artilleriya Rocket System [HIMARS] üçün 742,1 milyon dollarlıq sabit qiymətli müqaviləyə layiq görülüb", - məlumatda deyilir.


Mətbuat xidməti onu da aydınlaşdırıb ki, görüləcək işlərin yeri və maliyyələşdirmə şərtləri hər bir sifariş üzrə müəyyən olunacaq. HIMARS-ların 31 may 2027-ci ilə qədər hazır olacağı gözlənilir.

Xatırladaq ki, mayın 1-də Pentaqon General Dynamics və Huntington Ingalls şirkətləri ilə dördüncü nəsil Virciniya sinifli çoxməqsədli nüvə sualtı qayıqlarının tikintisi üçün 18,4 milyard dollar dəyərində müqavilələr imzalamışdı. Müqavilələrə həmçinin gəmiqayırma zavodlarında və nüvə gəmiqayırma proqramında məhsuldarlığın artırılması üçün investisiyalar da daxildir.



Tural

Seçilən
0
news365.az

1Mənbələr