AZ

Tutanxamonun xəzinələri yeni muzeydə

Firon Tutanxamonun xəzinə kolleksiyasının bir hissəsi yeni muzeyə köçürülüb.

Publika.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatına görə, 163 artefakt Gizədəki Böyük Misir Muzeyinə gətirilib.

Muzeyin rəsmi açılışı iyulun 3-də olacaq. Yeni Gizə muzeyində Tutanxamonun xəzinələri üçün ayrıca bir zal ayrılacaq. Misir hakimiyyəti yeni muzeyi “dünyaya hədiyyə” adlandırır və açılışa dövlət başçılarını dəvət etməyi planlaşdırır.

Turizm və qədim əsərlər naziri Şərif Fatihi Tutanxamonun “qızıl kolleksiyası”na aid eksponatların bir hissəsinin muzeyin rəsmi açılışına hazırlıq çərçivəsində köçürüldüyünü bildirib. Onun sözlərinə görə, daha sonra digər artefaktlar da oraya daşınacaq.

Seçilən
0
2
publika.az

3Mənbələr