AZ

Yamal dünyanın ən yaxşı futbolçularının adını açıqladı

BAKI, 10 may. TELEQRAF

“Barselona”nın futbolçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb.

Teleqraf “Goal” nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu öz klubunu nəzərə almasa, iki oyunçunu fərqləndirib.

Bunlar PSJ-nin hücumçusu Usman Dembele və “Arsenal”lı Bukayo Sakadır.

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 15 qol vurub və 24 məhsuldar ötürmə edib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr