BAKI, 10 may. TELEQRAF
Holokost şahidi, Berlinin fəxri vətəndaşı Marqo Fritlander 103 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, NTV telekanalı bu barədə Fridlanderin yaratdığı fonda istinadən məlumat yayıb.
Holokostdan sağ çıxan Fridlander Marqo Fritlander 1921-ci ildə Berlində anadan olub. Onun bütün ailəsi nasist düşərgələrində həlak olub - Marqot özü sağ qalıb və müharibədən sonra ABŞ-a mühacirət edib və orada nəşr etdirdiyi bioqrafik əsəri sayəsində məşhurlaşıb. Kitab Avropanın yəhudi əhalisinin soyqırım siyasətinin - Holokostun sübutlarına həsr olunub.
2010-cu ildə Fridlander Berlinə qayıdıb və xeyriyyə fondu təsis edib. Yerli hakimiyyət orqanları onu iki dəfə Almaniya Federativ Respublikasının xidmətlərinə görə ordeni ilə təltif ediblər.