AZ

Putin Vuçiçlə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətiləkeçirilən paradda iştirak edən Serbiya Prezidenti Aleksandr Vuçiçilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdəəsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlıq olub.

Trend xəbər verir ki, görüşüntəfərrüatları barədə məlumat verən Serbiya Prezidenti iki ölkəarasında yeni uzunmüddətli təbii qaz tədarükü sazişininimzalanmasının nəzərdən keçirildiyini bildirib.

“Rusiya ilə yeni qaz sazişinin imzalanması Serbiya üçün həyatiəhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, bizi qarşıda sondərəcə mühüm kapital və inkişaf layihələri gözləyir. Bunun üçünenerji təchizatının təhlükəsizliyini təmin etmək lazımdır”, - deyəVuçiç sosial media hesabında qeyd edib.

Prezident, həmçinin bildirib ki, görüşdə Serbiyanın Avropayolunda olduğu, lakin ənənəvi dostlarla münasibətləri qoruduğu davurğulanıb. Bu, Serbiyanın həyata keçirdiyi ciddi və məsuliyyətlisiyasətin əsaslarındandır.

Görüşdə qlobal geosiyasi proseslər, eləcə də Qərbi Balkanregionundakı vəziyyət, sülh və sabitliyin qorunması istiqamətindəçağırışlar barədə fikir mübadiləsi aparılıb.

Seçilən
0
2
az.trend.az

3Mənbələr