"Qalatasaray"ın kişilərdən ibarət basketbol klubu "Tenerife"ni məğlub FIBA Çempionlar Liqasında finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, matç ərzində 15 xal geri düşən "sarı-qırmızılar" sonda qələbə qazanmağı bacarıb - 90:80.
İstanbul təmsilçisinin həlledici görüşdə rəqibi daha bir İspaniya klubu "Unicaxa" olacaq.
Xatırladaq ki, bu iki komanda qrup mərhələsində də qarşılaşıb. Tərəflər hərəyə bir dəfə qələbəyə sevinib.
Final qarşılaşması bazar günü keçiriləcək.