AZ

"Fənərbağça"nın oyununda beş qol VURULDU

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mərt Müldür, Milan Şkrinyar, Yusuf ən-Nəsiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Bəyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Seçilən
0
8
bakivaxti.az

10Mənbələr