BAKI, 10 may. TELEQRAF
Hindistan 32 hava limanını bağlayıb.
Teleqraf xəbər verir ki, məlumatı "Times of India" yayıb.
Hindistanın hava limanlarında uçuşlara məhdudiyyətin mayın 15-dək davam edəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün Hindistan-Pakistan təmas xətti boyunca atışma və güclü partlayışlar olub.
Hindistan və Pakistanın bir çox şəhərlərində təhlükəsizlik tədbirləri tətbiq edilir. Hindistanın paytaxtı Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirilib.