Türkiyə Superliqasının 35-ci turunun açılış oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray"dan 8 xal geri qalan "Fənərbağça" "Başakşehir"in qonağı olub.
İstanbul klublarının duelində azarkeşlər matçda beş qola şahidlik ediblər.
"Fənərbağça" rəqibindən üstün olub - 1:4.
Xalların sayını 78-ə çatdıran "Fənərbağça" lider "Qalatasaray"dan 5 xal geri qalır.
Qeyd edək ki, bu tur "Qalatasaray" səfərdə "Trabzonspor"la qarşılaşacaq.
Telegram kanalımız