Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti və İdarə Heyətinin üzvü, eyni zamanda Beynəlxalq Turan Oyunları Komitəsinin qurucusu və prezidenti Fərid Əlizadə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şəxsi X hesabında paylaşım edib.
Redaksiya xəbər verir ki, F. Əlizadə paylaşımında Heydər Əliyevin sağlam düşüncəli və fiziki cəhətdən hazırlıqlı gənclərin yetişdirilməsinə verdiyi xüsusi önəmi vurğulayıb. O, qeyd edib ki, bu uzaqgörən siyasət nəticəsində Azərbaycan idmanı bu gün dünya səhnəsində layiqli yer tutur.
F. Əlizadə həmçinin bildirib ki, Alpaqut döyüş sənəti məhz bu ideyaların davamıdır və milli irsə əsaslanaraq fiziki güclə mənəvi dəyərlərin vəhdətini təmsil edir. O, Ulu Öndərin bu baxışına sadiq qalaraq, bu mirasın yaşadılması istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Sevinc Kərimova