AZ

Tramp-Putin görüşü ilə bağlı Ağ Evdən açıqlama

ABŞ prezidenti Donald Tramp Fars körfəzi regionuna gözlənilən səfəri zamanı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırmır.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit məlumat verib.

Tramp özü də təsdiqləyib ki, Putinlə Səudiyyə Ərəbistanında görüşmək planları yoxdur, lakin tərəflər “çox yaxşı söhbətlər” aparırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Putinin "cədvəl üzrə mayın ortalarında Yaxın Şərqə səfərlərinin olmadığını" bildirib. Buna baxmayaraq, aprel ayında Amerika lideri qeyd edib ki, o, Rusiya prezidenti ilə “müəyyən məqamda” görüşəcəyini gözləyir və bunun mayın ortalarına planlaşdırılan Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ səfərindən sonra baş verəcəyini istisna etmir.

"Prezident dünən bu suala cavab verdi: görüş olmayacaq", - Levitt jurnalistlərin sualına cavabında deyib.

Mətbuat katibi Trampın cümə axşamı Volodimir Zelenski ilə telefonla danışdığını da təsdiqləyib. Onun sözlərinə görə, dövlət başçıları ABŞ-nin təklif etdiyi Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs rejimini müzakirə ediblər.

"Onlar, təbii ki, prezidentin təklif etdiyi atəşkəs rejimini də müzakirə ediblər: Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs. Biz bilirik ki, Avropa bu ideyanı dəstəkləyir və ümid edirik ki, hər iki ölkə bununla razılaşacaq", - Levitt əlavə edib.

Seçilən
0
50
unikal.az

10Mənbələr