AZ

“Fənərbaxça” səfərdə qələbə qazanıb - Superliqa

Bakı. Trend:

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki,"Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan"Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsiilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar,Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə ÖmərBeyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikincipillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinciyerdədir.

Seçilən
0
8
az.trend.az

10Mənbələr