AZ

“Fənərbağça” səfərdə böyük hesabla qələbə qazandı

BAKI, 9 may. TELEQRAF

Türkiyə Superliqasının 35-ci turunda “Fənərbağça” səfərdə 4:1 hesabı ilə “Başakşəhər”i məğlub edib.

Teleqraf xəbər verir ki, qonaqların heyətində Mert Müldür, Milan Şkrinyar, Youssef En-Nesyri və Oğuz Aydın fəqlənib.

“Fənərbağça” 33 oyundan 78 xalla 2-ci pillədədir. “Başakşəhər” 51 xalla 5-ci sırada mövqe tutub.

Superliqaya 83 xalla (32 oyun) “Qalatasaray” başçılıq edir. “Sarı-qırmızılar” sabah səfərdə “Trabzonspor”la qarşılaşacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr