Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, o, II Bundesliqada “Köln”lə oyunda iştirak edib. Matça start heyətdə başlayan Mahir ikinci hissənin əvvəlində əvəzlənib.
Görüş “Köln”ün qələbəsiylə başa çatıb – 2:1.
“Nürnberq” 33 turdan sonra 45 xalla 10-cu sıradadır. “Köln” isə 58 xalla birincidir.
“Nürnberq” mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Mahirə oyundan öncə təşəkkürnamə verib.