AZ

Əbədi məhəbbətin çiçəkləri solmur.... » AzadMedia.az


Mayın 8-də Azərbaycan Dövlət Kukla Teatrında “OYUN” İnklüziv Teatrının repertuarındakı “Solğun sevgilər” tamaşasının növbəti nümayişi baş tutub.
Sağlamlıq imkanları məhdud yuxarı yaş qrupundan həvəskarlarla peşəkar aktyorların yaradıcılıq tandemi olan “Solğun sevgilər” görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun məşhur “Solğun çiçəklər” dramı əsasında hələ 2019-cu ildə hazırlanıb.
Teatrın repertuarında özünəməxsus yeri olan və tamaşaçılar tərəfindən maraqla izlənilən birhissəli dramın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.
İnsanlara sevginin saflığını hər şeydən uca tutmağı tövsiyə edən tamaşada rolları peşəkar aktyorlarla paralel əlliliyi olan həvəskar aktyorlar ifa edirlər.
Taleh İsmayılov, Aylin Nəcəfli, Ağasəlim Abdullayev, Ərgün Camalzadə, Kamilə Xəlilova
Rüxsarə Zeynalova, Şamxal Xələfi, Rüfət Şahpələngov, Xəqani Əliyev kimi həvəskarların müxtəlif qəhrəmanlara özünəməxsus səhnə ömrü verdiyi tamaşada əsas rolları müxtəlif teatrlardan cəlb olunan peşəkar aktyorlar - Prezident mükafatçısı Ülviyyə Əliyeva, eləcə də Zümrüd Qasımova, Cavid Telman və Könül Əbilova ifa edirlər.
Tamaşanın budəfəki nümayişinin dəvətli ifaçı rolunu sevilən bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan idi.
Onu da qeyd edək ki, 2019-cu ilə yaradılan və əlilliyi olan şəxslərin səhnə vərdişlərini formalaşdırmaqla onları geniş ictimaiyyətə təqdim etməklə maddi və mənəvi dəstəyi hədəfləyən teatrın repertuarında tragikomediya və məişət mövzulu nümunələr də var.
Müstəqil teatra dəstək olmaq və onların yeni səhnə işlərinin ərsəyə gəlməsini arzu edənlər http://xn--itciket-6he.az/ saytına (https://iticket.az/events/theatre/in-the-park1/147072) daxil olmaqla bilet ala və bu yolla həssas qrupdan olan dostlarımıza dəstək nümayiş etdirə bilərlər.
Biletlərin qiyməti 5-8-10 manat civarındadır.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr