AZ

Rusiyalı idmançı barda xanım işçini döydü

BAKI, 9 may. TELEQRAF

Sambo üzrə Rusiya çempionu Aleksey Qonçarov Kalininqradda karaoke-barda xanım işçini döyüb.

Teleqraf xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə mayın 8-nə keçən gecə baş verib. Qonçarov sərxoş olub və hesabı ödəmədən bardan çıxmaq istəyib. İdmançı ondan hesabı istəyən xanım işçini “nokaut edib”.

İki yerdən sınığı olan zərərçəkən idmançının məsuliyyətə cəlb edilməsinə çalışır.

Şahidlərin sözlərinə görə, klubda cəmi bir mühafizəçi olub. O, hadisə zamanı xanım işçiyə kömək etməyib.

Qeyd olunur ki, A.Qonçarov həm də MMA döyüşçüsüdür.

Seçilən
0
teleqraf.com

1Mənbələr