Naxçıvan, 9 may, AZƏRTAC
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər çərçivəsində, həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında “Ümummilli Lider Heydər Əliyevin yolu ilə sağlamlığa doğru” adlı tibbi müayinə aksiyası təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və profilaktik tədbirlərin gücləndirilməsidir. Müayinə zamanı sakinlər terapevtik, kardioloji, oftalmoloji və digər sahələr üzrə peşəkar həkimlər tərəfindən yoxlanılıb, ehtiyac olduqda əlavə müayinələrə yönləndirilib.
Aksiya zamanı ümumilikdə 402 nəfər müayinədən keçib.