AZ

“Microsoft” işçilərinə DeepSeek tətbiqini qadağan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” məlumat təhlükəsizliyi və Çin təbliğatı ilə bağlı narahatlıqlar səbəbiylə işçilərinə DeepSeek tətbiqini qadağan edib.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli texnologiya şirkəti “Microsoft” əməkdaşlarına Çin mənşəli süni intellekt tətbiqi olan DeepSeek-dən istifadə etməyi qadağan edib.

ABŞ Senatında çıxış edən şirkətin prezidenti Bred Smit həm mobil, həm də masaüstü cihazlar üçün təqdim olunan bu tətbiqdən şirkət daxilində istifadə edilməsinə qəti şəkildə icazə verilmədiyini bildirib.

Son dövrlərdə süni intellekt sahəsində adı tez-tez hallanan DeepSeek, ciddi məlumat təhlükəsizliyi riskləri ilə gündəmə gəlir. Microsoft-un açıqlamasına görə, bu risklər arasında ən narahatedici məqam məlumatların Çində yerləşən serverlərdə saxlanması və həmin məlumatların Çin qanunvericiliyinə tabe olmasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
banco.az

1Mənbələr