Böyük Britaniya hökuməti Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə olunan bu ölkənin “kölgə donanması”nın 100 neft tankerinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer mayın 9-da Osloda keçiriləcək Avropa müdafiə sammitində yeni tədbirləri açıqlayacaq.
Əlavə məlumat verilmir.
“Financial Times” qəzeti qeyd edib ki, Avropa İttifaqı da öz növbəsində 17-ci sanksiyalar paketinə “kölgə donanması” adlanan 149 neft tankerini daxil etməyi planlaşdırır.