AZ

Günəşli qəsəbəsində yolda ÇÖKMƏVİDEO

Səki çökdü, hərəkət çətinləşdi...

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər paytaxtın Xətai rayonu, Günəşli qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 29 ünvanındandır.

Sakinlər deyirlər ki, bir neçə gündür sözügedən yolda çökmə əmələ gəlib. Xüsusilə axşam vaxtı səkidə hərəkət daha təhlükəli olur.

Onlar bildirirlər ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, problem həllini tapmayıb..

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bir müddət əvvəl həmin ərazidə kanalizasiyada problem yaranıb. Daha sonra isə həmin problem aradan qaldırılıb. Böyük ehtimalla bu səbəbdən də su sızması olub və çökəklik yaranıb. Oradakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib, əraziyə də baxış keçrilib. Problem həllini tapacaq.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə də əlaqə saxladıq. Bildirildi ki, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr