AZ

Qubada qar vəselin vurduğu ziyanlar hələ də aradan qaldırılmayıbVİDEO

Elektrik dirəkləri aşıb, tranformatorlar sıradan çıxıb... Seldən sonra yaranan problem hələ də qalmaqdadır...

Xezerxeber.az xəbər verir ki, Qubanın Rayon mərkəzindən 80 km uzaqlıqda yerləşən Qarxun kəndində bu gün də elektrik enerjisi yoxdur. Sakinlər 24 gündür ki, işıqsız qalıblar.

Aprel ayının ortasında güclü qar və yağıntılar səbəbindən Qarxunla Adur kəndləri arasındakı 40 elektrik dirəyi aşıb, kəndin yeganə transformatoru da sıradan çıxıb.

Qarxunda həmçinin sel suları yollara da ziyan vurub. Kəndin yolu yalnız bir neçə gün əvvəl qismən açılıb. Lakin enerji xətləri hələ də bərpa edilməyib.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, təkcə Qarxun kəndində deyil, hazırda Quba rayonunda 20-dən çox kənddə işıq yoxdur. Elektrik dirəklərinin və yolların bərpası istiqamətində işlər görülür. Briqadalar ərazilərə cəlb olunub. Qarxun kəndində də problem yaxın günlərdə həllini tapacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr