Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
Hakimiyyet.az “Report”a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.
İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib. Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
Hakimiyyet.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.