AZ

Pakistanın Hindistan təyyarəsini vurması Fransanın milyonlar itirməsinə səbəb olub

Pakistanın Hindistan Silahlı Qüvvələrinə məxsus “Rafale” təyayrəsini vurması Fransanın milyonlar itirməsinə səbəb olub.

Moderator.az xəbər verir ki, buna səbəb baş verən məlum olayın “vurulması mümkünsüz olan” təyyarə haqqında Fransa tərəfindən yayılan mifi yoxa çıxarmasıdır. Pakistan Hindistan ordusuna məxsus “Rafale” təyyarəsini hərbi qarşıdurmanın elə ilk günlərində  sıradan çıxarmaqla sübut etdi ki, Fransanın aviasiya və müdafiə sənayesinə bağlı  “Dassault Aviation” şirkətinin istehsal etdiyi bu təyyarələr heç də iddia edildiyi qədər mükəmməl deyil. Məhz bu olaydan sonra “Dassault Aviation” şirkətinə məxsus səhmlərin kəskin azalması müşahidə edilib. Ekspertlər hesab edir ki, şirkət rəhbərliyi bu tendensiyanın qarşısını almaq üçün bir sıra addımlar atsa da, səhmlərin azalması prosesi yaxın gələcəkdə də davam edəcək.

Seymur ƏLİYEV

 

 

Seçilən
0
moderator.az

1Mənbələr