AZ

2025-ci ildə texnologiya sektorunda ixtisarlar davam edir: 22 min nəfər işsiz qaldı

2025-ci ildə texnologiya sahəsində ixtisar dalğası güclənməkdə davam edir.

Valyuta.az xəbər verir ki, ötən il 549 şirkətdə 150 min nəfərdən çox işçi ixtisar edilib. Cari ildə isə bu rəqəm artıq 22 min nəfəri keçib. Təkcə fevral ayında 16 084 nəfərin işdən çıxarıldığı bildirilir.

Hazırda texnologiya sahəsində ən çox əməkdaşı ixtisar edən şirkətlər arasında ön sıralarda “Intel”, “Workday”, “Northvolt”, “Sprinklr”, “Blue Origin” və “Meta” yer alıb.

İxtisarların əsas səbəbi kimi süni intellekt və avtomatlaşdırma texnologiyalarının yayılması, məhsuldarlıq göstəricilərinə çatmaq üçün restrukturizasiya tədbirləri və xərclərin azaldılması göstərilir. Bu proses innovasiyaların inkişafı fonunda insan amilinin necə risk altında olduğunu bir daha nümayiş etdirir.

2025-ci ildə əsas ixtisar aparan böyük texnologiya şirkətləri  

Intel – 21 000 nəfər (20% işçi qüvvəsi)
Google – biznes bölməsində 200-ə yaxın işçi 
Microsoft – əlavə ixtisarlar planlaşdırılır, rəhbərlik və menecer heyəti azaldılacaq
Meta – “Reality Labs” və digər bölmələrdə yüzlərlə nəfər
Amazon – kommunikasiya departamentində onlarla əməkdaş
Salesforce – 1000 nəfərdən çox
HP – 2,000 nəfər
HPE (Hewlett Packard Enterprise) – 2,500 nəfər
Workday – 1,750 nəfər (8.5%)
Blue Origin – 1,000-dən çox
Stripe – 300 nəfər
Wayfair – ümumilikdə 1,000 nəfərə yaxın (bir neçə mərhələdə)
Autodesk – 1,350 nəfər
TikTok – Dublin ofisində 300 nəfər
Expedia – bir neçə dəfə ixtisar, dəqiq say verilməyib
Cruise (GM) – 50% işçi qüvvəsi

Sərvanə Rəmixanova

Seçilən
0
valyuta.az

1Mənbələr