BAKI, 9 may. TELEQRAF
Hindistan və Pakistan arasında münaqişə kəskinləşib.
Teleqraf “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, səhər saatlarındakı sakitlikdən sonra təmas xətti boyunca atışma və güclü partlayışlar olub.
Cammu və Kəşmirdə kütləvi elektrik kəsilməsi baş verir.
Əl-Cəzirənin qeyd etdiyi kimi, Hindistan və Pakistanın bir çox şəhərlərində təhlükəsizlik tədbirləri tətbiq edilir. Hindistanın paytaxtı Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirilib.