Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda qısamüddətli icbari sığorta yoxdur. Ölkədə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilənin müddəti qanunla 1 il müəyyən edilib. Beynəlxalq təcrübədə isə qısamüddətli müqavilələrə də rast gəlinir. Bəzi ölkələrdə aylıq, hətta günlük sığorta müqavilələri də var.
Xezerxeber.az-ın xəbərinə görə, sığorta ekspertləri bildirirlər ki, bu prosesin Azərbaycanda həyata keçirilməsi üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır.
Ekspert bildirib ki, vətəndaş avtomobilin icbari sığortasına xitam verdirərsə, ödənişin qalan hissəsi müştəriyə geri qayıdır.
Vüsal Bədəlov əlavə edib ki, qısa müddətli icbari sığorta hazırda bəzi avtomoillərdə tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.