AZ

Ağdaşda yanacaqdaşıyan maşın aşıb, iki nəfər xəsarət alıb

Ağdaşda ağır tonnajlı yük avtomobili aşıb və nəticədə sürücü və sərnişin xəsarət alıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ləki qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı yanacaqdaşıyan maşının sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza zamanı sürücü və avtomobildəki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
0
5
apa.az

6Mənbələr