BAKI, 9 may. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
Teleqraf xəbər verir ki, açılışı oyununda "Sabah" "Bank Respublika Arena"da "Şamaxı"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyunda hesabı 12-ci dəqiqədə "bayquşlar"ın futbolçusu İqor Noqeyra açıb.
"Şirlər"in üzvü Leroy Mikels 26-cı dəqiqədə hesabı bərabərləşdirib.
Matçın 72-ci dəqiqəsində isə Noqeyra dubla imza ataraq komandasını hesabda önə keçirib.
Oyunun 90+3-cü dəqiqəsində Pavol Şafranko qarşılaşmada son nöqtəni qoyub. O, cari mövsümdə 8-ci qolunu vurub.
Bununla da, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv xal sayını 44-ə çatdıraraq 4-cü pillədəki "Turan Tovuz"la xal fərqini 5-ə endirib. Ayxan Abbasovun komandası isə 36 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunları mayın 10-u və 11-də keçiriləcək.