AZ

Mark Rutte: Müdafiə xərclərini və istehsalı artırmalıyıq

BAKI, 9 may. TELEQRAF

NATO-nun Baş katibi Mark Rutte müdafiə xərcləri ilə yanaşı istehsalın artırılmasının vacib olduğunu deyib.

Teleqraf xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte bununla bağlı jurnalistlərə açıqlama verib.

O Avro-Atlantik regionunda müdafiə sənayesi bazasının yaradılmasının vacib olduğunu bildirib.

"Bu cür qətiyyətli addım daha güclü, daha ədalətli NATO üçün bizə lazımdır. Biz ordularımızın müdafiə üçün lazım olan imkanlara malik olmasını təmin etməliyik və bir milyard insanın təhlükəsizliyini təmin etməliyik. Bu səbəbdən müdafiə xərclərini artırmaq və həmçinin Atlantikanın hər iki tərəfində müdafiə sənayesi potensialını inkişaf etdirmək üçün birlikdə çalışacağıq",- Baş katib deyib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr