AZ

TƏCİLİ! İsrail konsulluğu yaxınlığında ATƏŞ AÇILDI

İstanbulda İsrail konsulluğunun yaxınlığında silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yerləşən İsrailin Baş Konsulluğunun yaxınlığında silahlı insident baş verib. Məlumatı İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Rəsmi açıqlamaya görə, hadisə nəticəsində insan tələfatı və xəsarət qeydə alınmayıb. Atəş açan şəxs İstanbul polisi tərəfindən dərhal saxlanılıb. Hadisənin səbəbi və təfərrüatları barədə araşdırma aparılır.

Nazirliyin bəyanatında qeyd olunur: “Hər hansı itki yoxdur, İsrail diplomatik missiyasına ziyan dəyməyib.”

Hadisənin baş verməsi fonunda əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Konsulluğun fəaliyyəti təhlükəsizlik səbəbilə müvəqqəti məhdudlaşdırıla bilər.

Hazırda Türkiyə və İsrail tərəfləri insidentin səbəbləri ilə bağlı əlavə araşdırmalar aparır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
50
konkret.az

10Mənbələr