İsrailin “Jerusalem Post” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset İsrailə planlaşdırılan səfərini ləğv edib. Heqsetin ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri öncəsi, mayın 12-də yəhudi dövlətinə gəlməsi planlaşdırılırdı. İsraildə Pentaqon rəhbərinin İsrailin müdafiə naziri İsrael Katz və baş nazir Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulmuşdu. Heqsetin mayın 13-16-na planlaşdırılan Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ səfərində Trampla birlikdə olacağı gözlənilir. Bundan əvvəl, mayın 6-da Tramp yaxınlaşan Yaxın Şərq turu zamanı İsrailə səfər etməyi istisna etmişdi. O qeyd etmişdiki, Qüdsü “nə vaxtsa,ziyarət edəcək ancaq bu dəfə yox”
Surxay Əliyev