AZ

Rutte: NATO sülh müqaviləsinin bir hissəsi kimi Ukraynaya üzvlük vəd etməyib

Sülh sazişinə əsasən, Ukraynaya NATO-ya üzvlük zəmanəti verilməyəcək.

Bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte məlumat verib.

"Bütün NATO üzvləri Ukraynanın NATO-ya daxil olmasının dönməz yolu ilə razılaşdılar, lakin biz heç vaxt razılaşmamışıq ki, Ukrayna sülh sazişinin bir hissəsi kimi NATO üzvlüyünə zəmanət veriləcək. Bu, heç vaxt razılaşdırılmayıb",-deyə Rutte bildirib.

Onun sözlərinə görə, hazırda davam edən sülh danışıqları çərçivəsində deyil, uzunmüddətli perspektivdə Ukraynanın alyansa üzv olması ehtimalı var.

Seçilən
0
aznews.az

1Mənbələr