AZ

Hindistan hakimiyyəti orduya kömək etmək üçün ehtiyat qüvvələri cəlb etmək qərarına gəlib

Hindistan hökuməti silahlı qüvvələrin rəisinə milli ordunu dəstəkləmək üçün Ərazi Qüvvələrini – könüllü ehtiyat qüvvəni çağırmağa icazə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Rəsmi bəyanatda qeyd olunub ki, ərazi qoşunları “müntəzəm silahlı qüvvələrə lazımi müdafiə və dəstəyi təmin etmək üçün” yerləşdiriləcək. Bu addım Hindistan və Pakistan arasında davam edən hərbi münaqişədən sonra atılıb.

Həmçinin bildirilib ki, ölkə rəhbərliyi ordunun baş qərargah rəisinə “hər bir zabiti və ərazi qüvvələrinə cəlb olunmuş hər bir şəxsi” qarşıya qoyulan vəzifələrin icrasına çağırmaq səlahiyyəti verib.

Seçilən
0
nocomment.az

1Mənbələr