Polşa və Fransa arasında tarixdə ilk dəfə qarşılıqlı təhlükəsizlik sazişi imzalanıb.
Sherg.az xəbər verir ki, hər iki ölkə razılaşıb ki, onlardan birinə təhlükə və ya hücum olduqda, qarşılıqlı dəstək - o cümlədən, hərbi yardım göstərəcəklər.
Bugünə qədər Polşa yalnız Almaniya ilə bu cür müdafiə razılaşmasına malik idi.
Qeyd edək ki, sazişin imzalanması rəmzi məna daşıyan Nansi şəhərində baş tutub. Polşa kralı II Stanislav 1736-cı ildə sürgün edildikdən sonra məhz burada - Fransız kralı XV Lüdovikin qaynatası kimi - Loren hersoqu olaraq məskunlaşmışdı.