“Sabah” Azərbaycan Premyer Liqasının XXXIV turunda “Şamaxı”nı qəbul edir.
Futbolpress.az xəbər verir ki, oyunun 43-cü dəqiqəsində matçın keçirildiyi “Bank Respublika Arena”da projektorların işıqları sönüb. Hakim bu səbəbdən oyunu dayandırıb. İşıq problemi 1 dəqiqə sonra həll edilib və matç qaldığı yerdən davam edir.
İlk hissəsi davam edən oyunda bərabərlik var – 1:1.