Tərtərdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada “Mercedes” və “Toyota Prius” toqquşub.
Qəza nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb.
Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
AzPost.az