Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş YAP Xətai rayon təşkilatçılığı və "Təhsil" RİM-in 3 nömrəli PHŞ-in təşkilatçılığı ilə 7 may 2025-ci il tarixində keçirilən şahmat üzrə blitz turniri keçirilib. Bu tip intelektual tədbirlər, həm Ulu Öndərin xatirəsini əziz tutmaq, həm də iştirakçılara öz bacarıqlarını sərgiləmək imkanı yaradır.
Yarışda üç dərəcə üzrə qaliblər seçilib və birinci yerin qalibi Mürsəlzadə Cavad olub.Nizami rayonu 251 saylı orta məktəbin 7 a sinif şagirdi Cavadın bu böyük uğuru onun yüksək intelektual bacarıqlarını və strateji düşüncə qabiliyyətini bir daha sübut edir.
Şahmat, zəka və diqqət tələb edən bir oyundur və Cavadın birinci yerin qalibi olması, onun bu sahədəki yetkinliyini və təcrübəsini göstərir. Blitz turnirində yüksək sürətlə oynanılması, iştirakçıların yalnız strateji bacarıqlarını deyil, həm də sürətli qərar vermə qabiliyyətlərini test edir. Mürsəlzadə Cavadın birinci yeri tutması, bu sahədəki yüksək səviyyədə hazırlığını və soyuqqanlılığını nümayiş etdirir.
Mürsəlzadə Cavadın bu uğuru, həm də digər şahmatçılara ilham verərək, gənclərin bu cür intelektual yarışlarda iştirak etməyə təşviq edir. Cavadın qalibiyyətini təbrik edirik və ona gələcəkdə də uğurlar arzulayırıq!
