ABŞ-nin Rusiya və Ukrayna arasında sülh danışıqlarında iştirakı səmərəsiz olarsa, Türkiyə və Çin vasitəçi kimi çıxış edə bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavada Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"ABŞ ilə bu danışıqlar yolu uğursuz olarsa, başqa namizədlər də var. Rabitə kanallarını saxlayan Türkiyə var, hər şeydən əvvəl Çin var", - Sikorski vurğulayıb.
Ölkə.Az